Tarix
Aylant Group 2008-ci ildə yaradılmışdır. Bu şirkət Azərbaycan, Gürcüstan və Rusiyada tibbi və kosmetoloji proyektlərin layihələndirilməsi , tibbi və estetik mərkəzlərin layihələri ilə
bağlı biznes üzrə konsaltinq xidmətləri ilə məşğul olub. O vaxtdan bəri şirkət
mövcud tibbin müxtəlif sektorlarında bir neçə onlarla tibb mərkəzi və estetik mərkəzləri təchiz etmış və qurmuşdur. Hazırda Aylant Group Azərbaycanda 20-dən çox layihə, Gürcüstan və
Rusiyada isə 10-a yaxın layihələri təchiz etmiş və qurmuşdur.
Hədəf
Şirkətimizin iki əsas fəaliyyət sahəsi var: tibb və
kosmetologiya. Bu baxımdan, biz aşağıdakıları həyata keçiririk: proyektlər,
layihələndirmə, satınalma, personalın təlimi, avadanlıqların təmiri və servis
yardımı. Məqsədimiz həm də tibb, gözəllik və SPA sahəsinə aid avadanlıq və məhsulları
ilə tanınmış şirkətləri öz maraqlarımıza uyğun olaraq, Azərbaycanın və Qafqaz
regionunun digər Xəstəxana və Mərkəzlərinin maraqlarına uyğun olaraq geniş
diapazonda ölkəmizdə təmsil etməkdir
Distribyutorluq
Tibb və kosmetologiya sahələrində şirkətlərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması şirkət üçün vacibdir. Buna sübut kimi bir çox italyan, amerikan, rus, fransız, alman, ingilis, türk və digər qurumlarla uzunmüddətli tərəfdaşlıq mövcuddur. Bundan əlavə, şirkətin uğuru və 20-dən çox Avropa və Amerika şirkətinin (ZİMMER Medizine Gmbh, ROBOTİC ATT-USA, SPINEMED-Canada, Motomed-Germany, Kinetec-France, Chatanoga Group, DJO Global International, Cynosure Inc., Euroclinic, Heka Dental, Hexagon, GymnaUniphy, WestMedica və) rəsmi distribyutorluğunun alınması. və s.) əlaqələrimizi daha da genişləndirməyə və yuxarıda qeyd olunan sahələrdə Azərbaycan bazarında özümüzü sabit şirkət kimi tövsiyə etməyə imkan verir.